Qərbi Azərbaycandan 100 minlərlə insanın 1947-1953-cü illərdə kütləvi deportasiya aktına hüququ-siyasi qiymət verilməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Əziz Ələkbərli parlamentdə çıxışı zamanı deyib.
O, əlavə edib ki, Ümummili lider Heydər Əliyev tərəfindən 1997-ci ilin dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb. Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə işlər görülməsini nəzərdə tutub.
Millət vəkili qeyd edib ki, bu istiqamətdə ciddi işlərin aparılması Ermənistanda olan revanşist qüvvələrə ciddi cavab olardı.