Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib.
Bunu Teleqraf.com-a Mədəniyyət Nazirliyindən bildiriblər.
"Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - nazirlikdən qeyd edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.