Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlqədar özünün fəaliyyət proqramı əsasında fəaliyyətini daha da genişləndirir.
AVCİYA-dan Teleqraf.com-a verilən məlumata görə, assosiasiya bələdiyyə seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi, onların MSK-ya müraciətləri, imza toplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki ilə bağlı qanunverici baza, bələdiyyə seçkiləri ərəfəsində ölkədəki siyasi mühüt, MSK, DSK və MnSK- ların fəaliyyəti, təşviğat kampaniyası, seçki prosesi ilə bağlı qanun pozuntuları və seçki gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyətin icrasına başlayıb.
AVCİYA Seçki Qərargahı gələn həftədən regionlarda seçici fəaliğının artırılması üçün seminarlara və müşahidəçilər üçün treniqlərə start veəcək. Regionda keçiriləcək tədbirlərdə AVCIYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və digər təlimçilər iştirak edəcək. Fəaliyyət proqramına uyğun olaraq 23 oktyabr – 15 dekabr 2014-cu il tarixləri əhatə edən aralıq hesabat hazırlanıb ictimaiyyətə təqdim ediləcək. Bələdiyyə seçkiləri günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin hesabat dekabr ayının 24 -də, yekun hesabat isə 13 yanvar 2015 -ci il tarixinə kimi açıqlanacaq.
Yekun rəyin azərbaycan və ingilis dillərində kitab şəkilində nəşri də planlaşdırılır. Bu ilki bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək. AVCİYA bələdiyyə seçkiləri günü 40 DSK üzrə 1000 məntəqədə müşahidə aparmağı planlaşdırır.
BƏXTİYAR