17 İyul 2021 16:09
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan və Bakı bölgədə sülh və sabitliyə nail olmaq üçün həll edilməsi lazım olan dörd əsas məsələdə kompromisə gələ bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən sonra Avropa Birliyinin prezidenti Şarl Mişel deyib.

Qarabağdakı müharibəyə toxunan Mişel AB-nin ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlərə kömək etməyə hazır olduğunu qeyd etdi.

“Bölgədə sabitlik və firavanlıq yaratmaq üçün qısa, orta və uzun müddətdə müzakirə edilməli olan dörd mövzu var. Birincisi təmkinli ritorikadır, təcavüzkar sözlərdən çəkinmək lazımdır”, - AB prezidenti bildirib.

O, əsirlər və minalanmış ərazilərin xəritələrinin qaytarılması məsələsində irəliləyişin mümkün olacağına ümid etdiyini bildirib.

İkinci məsələ sərhədlərin delimitasiyasıdır. Mişel bunun danışıqlar yolu ilə həll olunacağına ümid etdiyini deyib.

AB prezidenti qeyd edib ki, üçüncü məsələ nəqliyyat məsələsində mümkün əməkdaşlığın müzakirəsidir.

Dördüncü məsələ, “Qarabağın statusu” və sülh məsələsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər