22 İyul 2021 12:18
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək".

Teleqraf.com-un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: "İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər