23 İyul 2021 12:33
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış edib.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Təqsirləndirilən Karapetyan Rafik Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə, məhkəməyə təşəkkürünü bildirib.

Digər təqsirləndirilən şəxslər də eyni ifadələri səsləndiriblər. Onlar prokurora da təşəkkür ediblər, onlara verilmiş ağır ittihamı üzərindən götürdüyü üçün ona minnətdarlıq ediblər. Onlar əməllərindən peşman olduqlarını deyiblər.

Hakimlər müşavirəyə yollanıb. Yaxın saatlarda hökm elan olunacaq.


Müəllif: Hacı Zeynalov