15 Sentyabr 2021 17:56
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim üçün çox böyük surpriz oldu. Biz Azərbaycan ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycana dəvət aldıq. Sabah isə Qarabağa gedəcəyik".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Baş Ombudsmanı Şərif Malkoç Azərbaycanın Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə deyib.

O bildirib ki, səfər çərçivəsində hesabat hazırlayıb beynəlxalq qurumlara göndərəcəklər: "Biz 23 gün müharibə bölgəsində olub, ermənilərin zorakılıqlarını, yüzlərlə azərbaycanlını qətl olunduğunu hesabata alıb, beynəlxalq qurumlara çatdırdıq.

15 sentyabr Bakının xilas günüdür. Tarixi bilmədən bu günü anlaya bilmərik, gələcəyə addımlaya bilmərik. Nuru Paşa 28 yaşında Qafqaz İslam Ordusunun başında gəlib, böyük zəfər qazanıb. Azərbaycanda tanınan şairlərin böyük bir qismi o dövrdə möhrünü tarixə vurub.

O hadisələrdən 103 il ötür. Başda Nuru Paşa olmaqla bütün qəhrəman əsgərlərimizi qürurla yad edir, onlara Allahdan rəhmət diləyirik. O gün Nuru Paşa və azərbaycanlıların etdiyini bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təkrarlayır. Qarabağın zəfərini qeyd etmək üçün hər iki liderin görüşərək qucaqlaşdığı şəkli xatırlayırsınız?

O şəkil Azərbaycana, Türkiyəyə, Qafqaza hüzur, sülh gətirəcək. Bundan narahat olanlar ola bilər. Vacibi bizim qardaşlığımızıdır. Ölkə liderlərinin qucaqlaşması, iki ölkənin qüvvətlənməsi hər mənada böyük uğurdur. Bu birliyi sosial platformalarda, beynəlxalq aləmdə, mədəniyyət sahəsində dəstəkləmək lazımdır. Biz Azərbaycanın ombudsmanı ilə bunları edirik".

Şərif Malkoç deyib ki, Türkiyə 103 il öncəki Türkiyə, Azərbaycan 103 il əvvəlki Azərbaycan deyil:

"Bu gün Azərbaycan və Türkiyənin dostluğu sayəsində Türk və İslam dünyası irəliləyir. Necə irəliləyəcəyimiz bizim gücümüzdən asılıdır. Artıq yuxarılara doğru gedirik. Nə qədər sürətli gedəcəyik, bu bizim gücümüzdən asılıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər