18 May 2022 15:16
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Litva Azərbaycan ilə enerji sahəsində qarşılıqlı fayda kəsb edən əməkdaşlığın genişləndirilməsində maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

“Ukraynadakı müharibə Avropa ölkələrini enerji resurslarının tədarük mənbələrinin şaxələndirilməsi imkanları axtarmağa vadar etdi. Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi görürük, bu səbəbdən əməkdaşlığın aktivləşdirilməsində maraqlıyıq. Bundan başqa, Litva Azərbaycana bərpa olunan enerji mənbələri, xüsusilə də günəş enerjisi sahəsində həllər təklif edə bilər”, - Litva Prezidenti bildirib.

O, ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın potensialının olduğunu vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Litva Asiyadan Avropaya mövcud marşrutlara alternativ ola biləcək Avropa-Qafqaz-Asiya dəmiryolu nəqliyyat dəhlizi layihəsində maraqlıdır.

G.Nauseda ölkələr arasında informasiya texnologiyaları, innovasiyalar və təhsil sahəsində əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com