Ermənistan Baş naziri Nikol Paşinyan Tvitter səhifəsində itkin düşmüş şəxslərlə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, bununla bağlı Azərbaycanı əməkdaşlığa çağırıb.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi nəticəsində 777, ikincisində 217, sentyabrın 13-də baş vermiş hərbi toqquşmada 29 itkin düşmüş erməni var.
“Ümid edirik ki, Azərbaycan soydaşlarımızın taleyinin aydınlaşdırılmasında bizimlə əməkdaşlıq edəcək”, - Paşinyan qeyd edib.