24 Noyabr 2022 11:25
8 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyanın komandası üçün heç kim şabalıdı oddan çıxarmayacaq - nə Rusiya, nə də KTMT”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“İrəvanın Zəngəzur dəhlizinin işə salınmasından imtina etməsi Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə ziddir. Bu, həm də lazımi gömrük, yoxlama və sərhəd prosedurları həyata keçirilməklə Laçın dəhlizi boyunca malların və insanların daşınmasına tam nəzarətin tətbiqi zərurəti deməkdir. Rusiyanın sülhməramlı korpusunun və Azərbaycanın aidiyyəti orqanlarının nümayəndələri ilə birgə Laçın dəhlizindən istifadə etməklə Azərbaycanın dövlət sərhədindən keçən (giriş/çıxış) şəxslərin və nəqliyyat vasitələrinin müvafiq qeydiyyatı aparılmalıdır”, - ekspert bildirib.

Korotçenko KTMT-nin İrəvan sammitinin Ermənistan rəhbərliyi üçün məyusluq olduğunu söyləyib:

“KTMT-nin İrəvan sammitinin nəticələri Paşinyan üçün ən yaxşı halda “böyük məyusluq” ifadəsi ilə təsvir olunur. Bunu heç bir ironiya olmadan deyirəm - olduğu kimi.

Cənubi Qafqazda sülh hamımıza lazımdır. Bunun üçün Ermənistandakı həmkarlarımızın sadəcə Üçtərəfli Bəyanatı açıb onu bənd-bənd icra etmələri lazımdır, davamlı demaqogiya və təxribatlarla məşğul olmaq lazım deyil. Artıq hər kəs bundan bezib. Nikol Vovaeviçin komandası üçün heç kim şabalıdı oddan çıxarmayacaq - nə Rusiya, nə də KTMT”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər