8 Dekabr 2022 09:42
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər dənizində suitilərin kütləvi ölümünə Rusiya raketləri səbəb ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyib.

Həkim son günlərdə Xəzər dənizində baş verən gəlişmələrə diqqət çəkib:

“Son həftələrdə Xəzərin Rusiya və Qazaxstan sektorunda 2 500 Xəzər suitisinin cəsədinin sahilə vurduğuna dair xəbərlər eşidirik. “Qırmızı kitab”a düşəcək qədər sayı azalan suitinin kütləvi ölümü təşviş doğurur. Səbəbləri haqqında isə mütəxəssislər ciddi bir şey söyləmirlər.

Mənim bir fikrim var.

Rusiya Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava limanından qalxan strateji bombardmançı təyyarələrdən buraxdığı X-22 və bu tərz raketlərdən istifadə edir. Bunun üçün təyyarə Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketi oradan buraxır. Əslində Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var. X-22 raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri var. Raketlərin bir qismi təyyarədən fırladıldıqdan sonra uçmur, yerə düşür.

Raket insan yaşayan torpaqlara düşməsin deyə dəniz üzərindən atırlar.

Görünür, Rusiya daha keyfiyyətli raketləri qurtardığı üçün problemli X 22 raketlərini atmağa başlayıb və Xəzərə düşən nasaz raket sayı da artıb. Nəticədə Xəzər də çirklənir, canlı təbiət də zərər görür.

Mütəxəssisləri daha ətraflı məlumat verməyə çağırıram”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər