Türkiyədə baş verən zəlzələ nəticəsində 4 azərbaycanlı tələbənin dağıntılar altında qaldığı barədə məlumat yayılıb.
Teleqraf.com Azxeber.com-a istinadla xəbər verir ki, həmin tələbələrin Malatya İnönü Universitetində təhsil alan tələbələrin Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu deyilir.
Xarici İşlər Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyindən Teleqraf.com-a bu barədə araşdırmalar aparıldığı bildirilib, hələlik bu barədə məlumatın olmadığı qeyd edilib.