"31 il əvvəl Xocalıda azərbaycanlı qardaşlarımızın qətlə yetirilməsini lənətləyirik, şəhidlərimizi bir daha rəhmətlə anırıq".
Teleqrafcom xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.
Paylaşımda bildirilir:
"Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmadıq, unutmayacağıq. Can Azərbaycanın dərdi dərdimizdir".