Sabah bəzi magistral yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Bildirilib ki, martın 20-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.