“Hazırda Fazil Mustafanın durumu yaxşıdır, müalicəsi uğurla davam edir, sağalma prosesi normal qaydada gedir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisi Əjdər Əliyev deyib.
Onun sözlərinə görə, realibilitasiya prosesi bu cür davam edərsə, Fazil Mustafa yaxın günlərdə evinə buraxılacaq.
Əjdər Əliyev deputatın ona qarşı hücumda şübhəli bilinən altı nəfərin saxlanmasından xəbərdar olduğunu və istintaqın nəticəsini gözlədiyini söyləyib: “Fazil bəy rəsmi xəbərləri izləyir və ona qarşı sui-qəsddə şübhəli bilinənlərin kimliklərinin, bağlantıları ilə əlaqədar məlumatların açıqlanmasını gözləyir. İstintaq başa çatandan sonra Fazil bəy fikirlərini cəmiyyətə açıqlayacaq”.