3 İyun 2023 13:31
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.

Bu barədə Teleqraf.com-un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Medianın İnkişaf Agentliyinin Şuşa həbsxanasının həndəvərində aşkar olunan kütləvi məzarlıqla bağlı media nümayəndələrinin Şuşaya təşkil olunan səfərində həmçinin qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak edib.

Bildirilib ki, bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələri ilə bağlı faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir. Bu onu göstərir ki, Ermənistan uzun illər Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb. Onlar düşünürdülər ki, Şuşa şəhəri həmişəlik onların olacaq və onların törətdiyi cinayətlərin üstü heç vaxt açılmayacaq. Amma zaman keçdi, Azərbaycan öz torpaqlarına qayıtdı, haqq-ədalət bərqərar oldu. Şuşada aşkarlanan bu insan qalıqlarını Başlıbel, Fərrux və Edilli istiqamətlərində aşkarlanmış kütləvi məzarlıqların davamı kimi də qeyd etmək olar.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər