ABŞ Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
"Biz vəziyyətlə bağlı hələ də narahatıq və hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə çalışmaya çağırırıq. Ümumiyyətlə, biz inanırıq ki, sülh razılaşması hələ də əldə edilə bilər və irəliyə doğru getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik", - deyə vurğulayıb.