20 Avqust 2023 16:58
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Göyçə və Zəngəzur tarixi Azərbaycan əraziləridir, həmin torpaqların hüquqi sahibləri bizik, ermənilər yox”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:

“Ermənistan Kəlbəcər və Laçına iddialar irəli sürür, hərbi birliklərini şərti sərhəddə toplayır, hücum etmək üçün zəmin gözləyir. Ermənistan Azərbaycana qarşı iddialarından əl çəkmədikcə, eskalsiya ehtimalı həmişə gündəmdə olacaq. Ermənistanı yola gətirməyin yollarından biri də, ona eyni səpkidə cavab verməkdir. Məsələn, biz də Qafana iddiamızı ortaya qoya bilərik. Üstəgəl, ermənilərdən fərqli olaraq, indi Ermənistanın sayılan ərazilər bizim tarixi torpaqlarımızdır. Həmin ərazilər, məsələn, Zəngəzur və Göyçə üzərində hüquqi və tarixi haqqımız var.

Bir sözlə, ermənilər iddialarından əl çəkməsələr, o ehtimalla yaşamalıdırlar ki, bir gün Azərbaycan ordusu Qafan aeroportunu nəzarətə götürüb, orada üçrəngli bayrağımızı qaldıra bilər. Zəngəzur, Göyçə tarixi Azərbaycan əraziləridir, ermənilər bunu bilirlər, əndişələri də bundandır. Ona görədir ki, bir gün türklərin – azərbaycanlıların, yəni o ərazilərin əsl sahiblərinin geri dönəcəkləri ehtimalı, əndişəsi ilə yaşayırlar”.

Məhəmməd Əsədullazadə Xankəndi və ətrafındakı duruma da diqqət çəkib:

“Ermənilər təkcə şərti sərhəddə yox, Qarabağın dağlıq hissəsində də fəallıq göstərməyə çalışırlar. Rusiyanın müvəqqəti nəzarətindəki ərazilərə silah-sursat yığır, döyüş postlarını gücləndirir, səngərlər qazırlar. Hesab edirəm ki, biz separatçıların ilk atəş açmasını gözləmədən onları tam zərərsizləşdirməliyik. Sülhə gedən yol sülhə təhdidi aradan qaldırmaqdan keçir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər