30 Avqust 2023 09:19
4 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hindistanın heç bir halda Cənubi Qafqazda geosiyasi, dünyanın hərb bazarında isə ticari rəqabətə qoşulması mümkün deyil. Hindistanın bölgəmizdəki maraqlarına gəlincə, Dehlinin hazırkı cəhdləri yalnız Ermənistanın "fəaliyyətini" dəstəkləməyə yönəlib. Bunu açıq şəkildə görürük, məsələ ilə bağlı qarşı tərəfə diplomatik səviyyədə narazılığımızı bildirmişik".

Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyatda olan ordu polkovniki Üzeyir Cəfərov deyib.


Onun sözlərinə görə, kifayət qədər dövlət var ki, hərbi sənaye kompleksini inkişaf etdirir, dünya arenasında siyasi-iqtisadi fəaliyyətini gücləndirir:

"Hindistana gəlincə, düşünmürəm ki, burada hər hansı bir rəqabət mühiti yarada bilsin. Bu, sadəcə qısqanclıqdan irəli gələn hərəkətdir. Ermənistana bu şəkildə dəstək olurlar, amma bunun heç bir perspektivi yoxdur”.

Üzeyir Cəfərovun sözlərinə görə, bir çox ölkələr hərbi sənaye komplekslərini ciddi şəkildə inkişaf etdirə biliblər:

“Həmin ölkələr dünya bazarında müasir tələblərə cavab verən avadanlıqlar təklif edirlər. Düşünmürəm ki, Hindistanın hazırda bazarda yer tutması, bölgəyə ciddi təsir göstərməsi mümkün olsun. Bunu ciddiyə almamağın da tərəfdarı deyiləm. Amma böyük miqyasda götürdükdə əldə etdiyimiz silah-sursatlar həmin təhlükələri zərərsizləşdirməyə imkan verir.

Hindistan bir müddət Ermənistan tipli bir-iki dövlət aldada bilər. Hazırda XXI əsrin tələblərinə uyğun olanlar PUA-lar, zenit-raket sistemləri, qırıcılar, artilleriya qurğuları, ağır texnikalardır. Məsələn, Ukraynaya göndərilməsi planlaşdırılan F-16-lar böyük bir hava hücumundan müdafiə qalxanı funksiyasını yerinə yetirə bilir. Ona görə Ukrayna var gücü ilə çalışır ki, bu qırıcıları əldə etsin. Hindistan isə görüntü effekti yaratmaq istəyir, bunun heç bir perspektivi olmayacaq”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər