18 Sentyabr 2023 15:10
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 18-24-də BMT Baş Assambleyasının sessiyasında (Nyu-Yorkda) iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyanın ABŞ-da BMT rəsmiləri və müxtəlif ölkələrdən olan həmkarları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də Nyu-Yorka yola düşüb. Bayramovun ABŞ-da Mirzoyanla görüşünün olub-olmayacağını məlum deyil.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sonuncu dəfə iyunda Vaşinqtonda görüşüblər. Üçgünlük danışıqlardan sonra ABŞ dövlət katibi Entoni Blinken tərəflərin sülh sazişinin bir neçə maddəsi üzrə razılığa gəldiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər