20 Sentyabr 2023 10:52
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Bundan başqa Nazirlikdən bildirilib ki, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Bu əsassız iddianı qəti surətdə təkzib edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər