Ermənistan Baş naziri Nikol Paşinyanın Praqada Qarabağ da daxil Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini tanımağa hazır olduğu barədə bəyanatına xüsusi diqqət çəkmək istərdim.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.
O qeyd edib ki, Paşinyan faktiki olaraq təxminən bir il əvvəl Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı bəyanatı imzalayıb və sonra bunu bir neçə dəfə, o cümlədən Qərb mediasına müsahibələrində təkrarlayıb.
Rusiyalı siyasətçi vurğulayıb ki, Ermənistan rəhbərliyi bununla Qarabağdakı vəziyyəti Azərbaycanın daxili məsələsi kimi qəbul edib.