Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunla görüş keçirilib.
Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, səfir İsmayıl Alpər Coşqun şuranın və ölkəmizin QHT sektorunun fəaliyyətini diqqətlə izlədiklərini bildirib.
Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun vətəndaş cəmiyyətinin inkişafı istiqamətində 2014-cü ildə həyata keçirdiyi fəaliyyət haqqında səfirə məlumat verərək qarşıdakı dövrdə də Azərbaycan dövlətinin QHT-lərə verdiyi hərtərəfli dəstəyin davam edəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib, vətəndaş cəmiyyəti institutlarının milli mövzularda fəaliyyətinin əlaqələndirilməsi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.
BƏXTİYAR