Ermənistan yalnız bəyanatlarla kifayətlənir. Ancaq heç birini əməl etmir.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, bu bəyanatların arxasında bizə qarşı bir sıra tələblər var:
“Ermənistan tərəfindən gömrük nöqtələri açılmalıdır. Sərhəd qoşunlarının postları olmalıdır, yoxlama keçirilməlidir. Yəni biz öz ərazimizin digər hissəsinə gedəndə gərək, Ermənistan tərəfindən yoxlama nəzarət prosedurandan keçək. Bu da düzgün deyil. 2020-ci il 10 noyabrda imzalanmış üç tərəfli bəyannaməyə də ziddir. Konkret qeyd edilib ki, orada sərhədçilər olmalıdır. Sərhədçilər də ki, Rusiya tərəfidir. Onların bəyanatı sadəcə olaraq boşboğazlıqdır”.
Fikrət Sadıqov bildirib ki, əsas məsələ sülh sazişinin imzalanmasıdır:
"Bu sülh sazişinin harada imzalanmasının bizim üçün heç bir fərq etmir. Bizim üçün əsas məsələ irəli sürdüyümüz prinsiplərin sazişə əlavə olunmasıdır. Ermənistan tərəfindən əngəllər törədilməməlidir. Ermənistan sülh istəyirsə, bir sıra məsələləri nəzərə almalıdır. Sülh sazişi onlar üçün maraqlıdırsa, hər hansı paytaxtda təşkil olunursa, ora da gəlməlidirlər”.