14 Fevral 12:04
16 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin Baş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov (Rusiya) deyib.

“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatları və Orta Asiyaya birbaşa çıxış imkanlarını təmin etmək cəhdləri var. Bu məqsədlə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq”, - general bildirib.

Serdyukovun sözlərinə görə, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər