İran xarici qüvvələrin nəinki vəziyyəti həll etmədiyini, hətta daha böyük problem olduğunu nəzərə alaraq onların bölgədə mövcudluğuna qarşıdır.
Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistan baş nazirinin müavini Mqer Qriqoyanla Tehranda görüşündə deyib.
Onun sözlərinə görə, Tehran və İrəvan arasında münasibətlər “tarixi, dostluq və konstruktiv xarakter” daşıyır.
Rəisi “İranın Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin qorunmasında rolu”nu da qeyd edib, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəklədiyini xatırladıb və Tehran üçün “qırmızı xətlər”i vurğulayıb.
Molla rejimi Ermənistanı özünün "qırmızı xətt"i elan edib.