28 Yanvar 2015 15:30
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniyanın Azərbaycana səfəri başlayıb.

Trend-in məlumatına görə, Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında iranlı naziri Azərbaycan rəsmiləri və İranın Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıblar.

İkigünlük səfəri zamanı Ə.Təyyibniya Azərbaycanda iqtisadiyyat və bank sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, səfər Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Müstafayevin dəvəti ilə baş tutur. Ə.Təyyibniyanın bu gün Ş.Mustafayevlə görüşəcəyi gözlənilir.


Müəllif:

Oxşar xəbərlər