Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mevlüt Cavuşoğlu ilə görüşüb.
Teleqraf.com XİN-ə istinadən xəbər verir ki, görüş Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin bu gün Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub.
Görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.
2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndiriblər.
Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Həmçinin görüş zamanı regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BƏXTİYAR