Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib.
Trend-in məlumatına görə, AŞ PA Monitorinq Komitəsinin bu gün keçirilən iclasında polşalı deputat Tadeuş İvinski Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. T. İvinski AŞPA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir.
Qeyd edək ki, T. İvinski bu vəzifədə Jozef Debono Qrexi əvəzləyib.