Dörd kəndin qaytarılması Azərbaycan rəhbərliyinin tələbidir, yerinə yetirilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan maliyyə nazirinin keçmiş müavini Davit Ananyan deyib.
“Paşinyan çox sadə, açıq və səmimi söyləyir ki, qarşımıza tələb qoyulub. Bu, ikitərəfli münasibətlərdə Paşinyana göstərişdir, birbaşa yerinə yetirilməlidir. Ermənistan baş naziri bunu aprelin 10-da ölkənin bir nömrəli tribunasında – parlamentdə etiraf etdi”, - Ananyan vurğulayıb.