Tavuş vilayəti istiqamətində bəzi ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir.
Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan deyib.
“Tavuş rəhbərliyində qubernator Hayk Qalumyanın iştirakı ilə iyulun 23-də şifrələnmiş məlumatların genişləndirilmiş siyahılarını hazırlamaq üçün işçi qrupunun yaradılması qərara alınıb. İşçi qrupunun rəhbəri vəzifəsinə qubernatorun müavini Narek Quşçyan təyin edilib, üzvləri vilayət administrasiyasının şöbə müdirləridir. Vilayət rəhbərliyində belə bir siyahının hazırlanması qərarında məqsəd nədir, bəlkə Tavuş istiqamətində Azərbaycana yeni ərazilər təhvil veriləcək?”, - jurnalist bildirib.
Sərkisyan konkret olaraq hansı ərazilərdən söhbət getdiyini söyləməsə də, Tavuşda Azərbaycana təhvil verilməli olan üç anklav var.
Söhbət Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Həmin anklavlar da Tavuşun inzibati sərhədləri daxilində yerləşir.