22 Avqust 00:13
5 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple"ın yeni smartfonunun qiyməti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Apple Hub" layihəsinin insayderləri "X" sosial şəbəkəsində məlumat yayıblar.

Mənbələrə görə, başlanğıc "iPhone 16" 799 dollar, "16 Plus"un qiyməti isə 899 dollar olacaq. Bununla belə, "iPhone 16 Pro" modeli "iPhone 15 Pro"dan 100 dollar baha olacaq. O model isə 1099 dollara satılacaq.

Açıqlanan məlumatlara görə, "iPhone 16 Pro Max"ın qiyməti dəyişməz qalacaq. Yəni o modellərin ən azı 1199 dollara satılacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər