Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib.
Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib, digər balıqçının axtarışı davam etdirilir.