22 May 2015 22:11
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra ölkələrin dövlət başçıları, yüksək vəzifəli rəsmiləri 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayırlar.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan: "Hörmətli İlham Heydər oğlu, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq məndə böyük məmnunluq hissi doğurur.

Dəqiq siyasi kurs və sabit iqtisadi yüksəliş sayəsində bu gün Azərbaycan dinamik inkişaf edən, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyən ölkənin təcəssümünə çevrilib.

Ölkələrimizi tarixi dostluq əlaqələri və qarşılıqlı hörmət hissləri bağlayır. Biz Tacikistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının bütün istiqamətlər üzrə perspektivlərinə nikbinliklə baxırıq və onun zəngin potensialını həyata keçirmək üçün hər cür səy göstərməyə hazırıq.

Əminəm ki, biz ölkələrimizin çiçəklənməsi və xalqlarımızın rifahı naminə münasibətlərimizə birgə səylərlə daha çox dinamizm və praktiki məqsədyönlülük verə bilərik.

Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm".

X X X

Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan: "Zati-aliləri, Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizə yüksək hörmət və ehtiramımı bildirirəm".

X X X

Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosdan: "Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Yunan xalqı adından təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan xalqına tərəqqi və rifah, Sizə möhkəm cansağlığı arzu edirəm".

X X X

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən: "Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bizim ortaq maraqlarımız, dəyərlərimiz, regionlarda sülh və sabitlik üçün töhfələrimiz bir-birimizə siyasi məsələlərdə güclü qarşılıqlı dəstəklə ifadə olunur. Əminəm ki, bizim əlaqələr yaxın zamanda daha da güclənəcək, xalqlarımızın rifahı və firavanlığı artacaq.

Bu ilin martında Azərbaycana səfərim zamanı razılaşdırdığımız kimi, bütün sahələrdə ikitərəfli əməkdaşlığımızın daha da genişlənəcəyinə əminəm.

Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin".

X X X

Ukraynanın Prezidenti Pyotr Poroşenkodan: "Hörmətli cənab Prezident, Sizi milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ukrayna Azərbaycan Respublikası ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

X X X

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerdən: "Zati-aliləri, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına isə daha firavan həyat arzularımı çatdırıram".


Müəllif:

Oxşar xəbərlər