Artıq “Google Street View” ilə okeanların dərinliklərində səyahətə islanmadan çıxmaq mümkün olacaq.
ANS PRESS-in məlumatına görə, Google istifadəçilərini yeniliyi vasitəsilə Sakit okean, Hind okeanı, Bali və Baham adaları da daxil olmaqla 40 su hövzəsində sualtı gəzintiyə dəvət edir.
“Google Street View” görüntülərində okeanın sualtı canlı aləmi, balıqları, balinaları, qayalıqları və dərinlikləri nümayiş etdiriləcək. Google yeniliyi təqdim etməklə həm istifadəçiərinə okeanlarda səyahətə çıxmaq imkanı təqdim edir, həm də okeanın müdafiəsinə dəstək olmaq məqsədi daşıyır. Google rəsmi səhifəsində okeanların yer planetində həyat şəraitinin yaranması üçün vacib olan havanın, yağıntının və oksigenin miqdarının müəyyənləşdirilməsində əsas amil olduğunu yazıb.
Yeni "Google map" həm də su hövzələrini daimi nəzarət altında saxlamağa imkan verəcək.