Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin dərin narahatlığa səbəb olduğunu açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Mogerininin bəyanatında deyilir: “Tərəfləri dərhal döyüşlərə son verib atəşkəsə əməl etməyə çağırıram. Tərəflər dözümlülük nümayiş etdirməlidir. Avropa Birliyi xüsusilə yaralanan və həlak olan mülki şəxslərə görə təəssüf hissi keçirir. İnsan itkilərinin olması məni olduqca məyus edir”.
Federika Mogerini bəyan edib ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir: “Biz ümid edirik ki, tərəflər atəşkəsə riayət edəcək, güc tətbiq edilməsini dayandıracaq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səylərini ortaya qoyacaq”.
Nərgiz