11 Aprel 2016 17:26
7 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub.

Bu barədə Teleqraf.com-a universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Təhsil müəssisəsinə rəhbər təyin olunmuş Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.

Bundan əvvəl Azərbaycan Tibb Universitetinə millət vəkili Əhliman Əmiraslanov rəhbərlik edib. Ötən il Milli Məclisə seçkilər zamanı o, vəzifəsi ilə vidalaşmalı olub.

Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışıb.

Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medalla bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.

1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində işləyib.

2007-ci ilin dekabr ayından Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiridir.


1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə isə professor elmi adına layiq görülüb.

60 çox elmi əsərin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda və konqreslərdə iştirak edib.

2007-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər