1 Fevral 2016 12:04
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin yaz sessiyasının plenar iclası keçirilir.

Teleqraf.com-un xəbərinə görə, iclas Azərbaycan dövlət himninin oxunması ilə başlayıb.

Daha sonra parlamentin sədri Oqtay Əsədov bildirib ki, görkəmli alim, siyasi xadim Cəlal Əliyev dünyasını dəyişib: "Cəlal müəllim Azərbaycan parlamentinin deputatı olub. Xahiş edirəm ki, onun xatirəsini bir dəqiqəlik sükutla yad edək".

Daha sonra deputatlar akademikin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bundan sonra Milli Məclis gündəliyə salınan qanun layihələrinin müzakirəsinə başlayıb.

Nemət


Müəllif: