22 Aprel 2016 09:34
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda atəşkəs haqqında 1994-cü və 1995-ci illərdə bağlanmış sazişlər müddətsiz xarakterə malikdirlər və münaqişə zonasında barışığın əsasını təşkil edirlər.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki: "Dağlıq Qarabağın ətrafında vəziyyətin inkişafının kontekstində Rusiya buna əsaslanır ki, atəşkəs haqqında 1994-cü ildə bağlanmış saziş, həmçinin onun inkişafına qəbul edilmiş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsi haqqında 1995-ci ildə bağlanmış razılaşma müddətsiz xarakterə malikdirlər və əvvəlki kimi münaqişə zonasında barışığın əsasını təşkil edirlər".

Bəyanatda eyd olunur ki, bu prinsipial mövqe ATƏT-in Minsk qrupunun həmsədrlərinin "üçlüyü"nün ümumi yanaşması ilə tamamilə uyğundur.(Trend)


Müəllif:

Oxşar xəbərlər