Saatlı rayonunda dülgər sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonda ümumi sahəsi 78 m² olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları 36 m² sahədə və içərisində taxta yonqarı 3 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.