Şəmkir rayonunda polis əməkdaşı özünü güllələyib.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayonlararası mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb.
Silahdan açılan atəş nəticəsində Süleyman Əliyev xəsarət alıb.
Polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.