21 Noyabr 2021 11:27
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da saat 13:00 radələrində Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Zəkirə Mirzəyevanın əlamətləri bunlardır: Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad rayon polis şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Müəllif: Hacı Zeynalov