5 Avqust 2022 15:11
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayon Polis İdarəsinin markotiklərlə mübarizə bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyun-iyul ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 50 nəfər tutulub.

Teleqraf.com xəbər verir ki, aşkar edilən bütün faktlarla əlaqədar polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə digər növdən olan qətimkan tədbirləri seçilib.

Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 37 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov