2 İyul 21:56
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada universitetlərdən birində tələbələrə bıçaqlı hücum edilib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.

22 yaşlı gənc xəstəxanaya çatdırılıb, vəziyyəti stabildir.

Hadisəni törətməkdə təqsirləndirilən 14 yaşlı oğlan saxlanılıb.

Hücuma məruz qalan şəxslə saxlanılan şəxsin bir-birini tanımadıqları bildirilib.


Müəllif: Arzu