Rusiyanın Primorsk vilayətində yüngül mühərrikli təyyarənin yoxa çıxması ilə bağlı cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, ilkin məlumatlara görə, avqustun 6-da günorta saatlarında Saxalin vilayətindəki Puşisti aerodromundan havaya qalxan Bristell RG təyyarəsi ilə əlaqə kəsilib . Təyyarədə bir pilot və bir sərnişin olub. Təyyarəni hərbi pilot, general-mayor Sergey Fedorov idarə edib , sərnişin isə onun həyat yoldaşı Alena olub. Bu günə qədər nə təyyarə, nə də içindəkilər tapılıb.
Uçuşdan əvvəl fövqəladə hallar xidmətinin əməkdaşları ailəyə pis hava şəraiti barədə xəbərdarlıq etsə də, buna əhəmiyyət verməyiblər.
Hadisənin ilkin səbəbi kimi, Fyodorovun uçuş zamanı güclü duman və yağışı nəzərə almaması göstərilir.