Hüquq-mühafizə orqanları ABŞ-nin Las-Veqas şəhərində (Nevada ştatı) 64 mərtəbəli “Trump International Hotel”in yanında “Tesla Cybertruck” elektromobilinin partlamasını potensial terror aktı kimi təhqiq edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Telekanala görə, müstəntiqlər partlayışın səbəbini hələ müəyyən edə bilməsələr də, maşında pirotexnikanın olduğunu təsbit ediblər.
Nəqliyyat vasitəsində bir nəfərin – sürücünün öldüyü məlumdur. Hüquq-mühafizə orqanları partlayışın onun törədib-törətmədiyini müəyyən etməyə çalışırlar.