16:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə tanınmış şəxslərə onların profillərində olan dostlarının adından müraciət edərək pul istənilməsi və bu yolla kibertalama əməllərinin törədilməsi barədə polisə çoxsaylı şikayətlər daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.

Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, zərərçəkmişlər arasında tanınmış xanəndə, Əməkdar artist Fərqanə Qasımova da var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər