Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Yanvarın 22-si saat 07 radələrində paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini 1962-cı il təvəllüdlü Ş.Məhərrəmov idarə etdiyi “Tofaş” markalı avtomobillə yolu keçən paytaxt sakini 1992-ci il təvəlüldlü G.Pirizadəni vurub.
G.Pirizadə hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.