22 Yanvar 23:20
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın FCSB komandasının baş məşqçisi Elias Xaralambus "Qarabağ"la keçirəcəkləri UEFA Avropa Liqasının VII tur matçından əvvəl mətbuat konfransında çətin anlar yaşayıb.

Teleqraf.com-un əməkdaşı Röyanə Oğuzun ünvanladığı sual kiprli mütəxəssis üçün gözlənilməz olub.

Müxbirimizin sualı belə olub: "Klubunuzun sahibi Cici Bekali görüşdən əvvəl "Qarabağ"a qarşı start heyətinizi açıqlayıb. Halbuki bu, baş məşqçinin səlahiyətində olan məsələdir. Bekalinin bu davranışını necə qiymətləndirirsiniz?"

Xaralambus müxbirimizdən eşitdiyi sual qarşısında mat qalıb. O, əvvəlcə "Nə danışırsınız? Start heyətimiz açıqlanıb?", - deyə təəccüblənib və "Hə, nə olsun?" sualı ilə cavab verməklə vəziyyətdən çıxmağa çalışıb. Məsələyə FCSB-nin mətbuat katibi qarışaraq, baş məşqçinin qulağına nə isə pıçıldayıb.

Bundan sonra 44 yaşlı mütəxəssis deyib: "Klubumuzun sahibi danışmağı və öz emosiyalarını nümayiş etdirməyi sevir. Tez-tez belə edir. O, hərdən haqlı olur, hərdən haqsız. Amma mən belə düşünmürəm. Biz hansı heyətlə oynayacağımızı bilirik. Oyunun nəticəsi heyətdən yox, yanaşmamızdan asılı olacaq".

Mətbuat konfransındakı bu hadisə Rumıniya mətbuatında böyük rezonans doğurub. Ölkənin aparıcı nəşrləri həmin epizodu xəbər başlıqlarına çıxararaq, "Azərbaycanlı jurnalist Elias Xaralambusu çətin vəziyyətə saldı", "Kiprli baş məşqçini azərbaycanlı jurnalistin sualından məyus oldu" yazıblar.

Xatırladaq ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər