Yanvarın 23-də saat 10:00 radələrində elektrik cərəyanı vurması səbəbilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub. Xəstəyə elektrik cərəyanı nəticəsində başın, bədənin 40 %-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, şəxsə ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə köçürülüb.
Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
10:32
Tovuz rayonu Dəmiryol Vağzalında şirkət işçisini elektrik cərəyanı vurub.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, həmin şəxs dəmiryolunda yeni xətlərin çəkilişi zamanı elektrik cərəyanına toxunub.
O, dərhal Rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda vəziyyəti ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Cərəyan vuran şəxsin kimliyi dəqiqləşdirilir.